Ölkə futbolu

Tribunalar Sumqayıtda dolu, Keşlədə boş qaldı

Azərbaycan Premyer Liqasının XX turunda qeydə alınan azarkeş sayı bəlli olub.

Turun açılış matçı “ASK Arena”da keçirilib. “Keşlə” və “Sabah” arasında baş tutan oyunda(3:0) cəmi 250 nəfər qeydə alınıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Zirə” matçını (0:0) 700,  “Qəbələ” – “Səbail” qarşılaşmasını (2:1) isə Qəbələdə 550 azarkeş izləyib.

“Kapital Bank Arena”da oynanılan “Sumqayıt” – “Neftçi” görüşünü isə 2000 tamaşaçı izləyib.

Beləliklə, XX turda 3500 azarkeş qeydə alınıb. Bu da hər oyuna 875 fanat deməkdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43