Ölkə futbolu

“Qarabağ”ın matçını icra başçısı izlədi

Ötən mövsümü gümüş medallarla başa vuran “Qarabağ”ın əvəzedici komandası İsmayıllı şəhərində təlim-məşq toplanışını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, iyulun 18-dən start götürən hazırlıq prosesində komanda bu gün ilk yoxlama oyununu keçirib.

 Aftandil Hacıyevin yetirmələri I Divizion təmsilçisi “Ağsu”nu 3:1 hesabı ilə məğlub edib. Komandanın heyətində Elçin Rəhimli, Salman Cəfərov və Famil Camalov fərqlənib. Qarşılaşmanı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov da izləyib və oyundan sonra komandaya hədiyyələr verib, xatirə şəkili çəkdirib.

Qeyd edək ki, planda daha iki yoxlama matçı nəzərdə tutulub. Hazırlıq prosesi isə iyulun 29-na qədər davam edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43