Ölkə futbolu

“Qarabağ”ın oyunu “Tofiq Bəhramov”da keçirilməyəcək

Azərbaycan kubokunun 1/8 final mərhələsində bir oyunun yeri dəyişdirilib.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün  qorunması məqsədi ilə “Qarabağ” – MOİK matçı  “Dalğa Arena”da keçiriləcək.

Qeyd edək ki, qarşılaşma  bu gün, saat 15:30-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43