İdman

“Qarabağ”ın potensial rəqibi müəyyənləşir – Çempionlar Liqası

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, təmsilçimiz “Qarabağ” sabah meydana çıxacaq. Lakin Ağdam klubu mərhələ keçəcəyi təqdirdə növbəti mərhələdəki rəqibinin kimliyinə bu gün aydınlıq gələcək

Bu ya “Valetta” (Malta) və ya da “Kukesi” (Albaniya) olacaq. Albaniyadan keçirilən ilk görüşdə qolsuz heç-heçə edən bu komandalar Maltada cavab matçına çıxacaq.

17 iyul

Çempionlar Liqası

I təsnifat  mərhələsi, cavab oyunları

20:00. “Valletta” (Malta) – “Kukesi” (Albaniya)

İlk oyun – 0:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43