İdman

“Qarabağ”dan ayrıldı, Polşaya üz tutdu

“Qarabağ”dan ayrılan Anton Kanibolotskinin yeni klubu müəyyənləşib.

İdmanxeber.com-un məlumatınaı görə, ukraynalı qolkiper karyerasını Polşada davam etdirəcək.

Təcrübəli qapıçı yüksək liqada çıxış edən “Medz” klubu ilə 2 illik müqavilə imzalayıb. 

Qeyd edək ki,  Kanibolotski 2017-ci ilin yayında Donetsk “Şaxtyor”undan “Qarabağ”a keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43