İdman

“Qarabağ”ın qapısı qarşısında onlardanda daha təhlükəli olmalıyıq” – “Olimpiya”nın futbolçusu

“İlk oyunda topa daha çox sahib olan biz idik. “Qarabağ” meydanda gözlənildiyi kimi yaxşı təsir bağışlamadı”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Olimpiya”nın futbolçusu Nik Kapun deyib. 24 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının birinci təsnifat mərhələsində sabah Bakıda “Qarabağ”la keçirəcəkləri oyundan danışıb:

“Rəqib qapısı qarşısında onlardanda daha təhlükəli olmalıyıq. Bununla istədiyimiz nəticəni əldə edib, yolumuza davam edə bilərik. Son vaxtlar yaxı müdafiə olunuruq. Ona görə də düşünmürəm ki, komandada hər hansı qorxu olsun”.

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında cavab oyunu sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç 21:00-da başlayacaq. Lyüblyanadakı ilk qarşılaşma Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43