Kateqoriyasız

“Qarabağ”ın rəqibi yeni baş məşqçisini qələbə ilə “salamladı”

Lüksemburq kubokunda 1/16 final mərhələsində “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Düdelanj” aşağı liqa təmsilçisi “Eşternax”la qarşılaşıb.

İdmanxeber.az-ın məlumatına görə, yeni baş məşqçi ilə komanda 6:1 hesabı ilə qalib gəlib və növbəti raunda yüksəlib.

“Düdelanj” oktyabrın 3-ü “Qarabağ”ı qəbul edəcək.

Lüksemburq klubu ilk matçında səfərdə APOEL-i 4:3 hesabı ilə məğlub edib. “Qarabağ” isə “Sevilya”ya uduzub – 0:3.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43