Kateqoriyasız

“Qarabağ”ın rəqibi yeni ilə darmadağınla başladı

“Qarabağ”ın Konfrans Liqasının pely-off mərhələsindəki rəqibi “Marsel” Fransa kubokunda növbəti matçına çıxıb.

İdmanxeber.az xəbər verir ki, komanda 1/16 final mərhələsində “Şovini” ilə qarşılaşıb. Matçda 3:0 hesabıyla qələbə qazanan “Marsel” adını növbəti mərhələyə yazdırıb.

“Marsel”in qollarını Arkadiuş Milik, Cengiz Ündər və Amin Arit vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43