Dünya futbolu

“Qarabağ”ın rəqibində yeni baş məşqçi

“Qarabağ”ın Avroliqadakı rəqibi olan “Sportinq” komandası hollandiyalı mütəxissislə çalışacaq.

Lissabon təmsilçisi Joze Pezeyrunu istefaya göndərdikdən sonra komandanı Marsel Keyzerə əmanət edib. Hollandiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Keyzer son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl Cəzirə” klubunu çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43