Kateqoriyasız

“Qarabağ”ın rəqibinin 4 aparıcı üzvü məşqə çıxmadı

Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 29-u Bakıda “Qarabağ”la qaşılaşacaq Portuqaliyanın “Sportinq” klubu oyunun hazırlıqlarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, Lissabon təmsilçisinin məşqində futbolçular Stefan Ristovski, Rodriqo Battalya, Fredi Montero və Rafinya iştirak etməyiblər. Buna səbəb sözügedən futbolçuların həkim nəzarətində olmasıdı.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Sportinq” oyunu 21:55-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43