Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Sloveniyanın “Olimpiya” klubu daha bir yoxlama oyunu keçirib.
İdmanxeber.com-un məlumatına görə, Lyublyana təmsilçisi bu dəfə Misirin “Əl-Əhli” klubu ilə üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
“Qarabağ”la “Olimpiya” arasındakı oyunlar iyulun 11-də və 18-də keçiriləcək.