Kateqoriyasız

“Qarabağ”ın sabiq hücumçusunda narkotik aşkarlandı

“Qarabağ”ın sabiq üzvü Maqaye Qeye narkotik maddə qəbul etməkdə ittiham olunur.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə xəbəri Rumıniya mətbuatı yayıb.

Sözügedən ölkənin “Dinamo” klubunda çıxış edən hücumçunun “Styaua” ilə matçdan sonra qanında kokain aşkarlanıb.

Qeye 2019/2020 mövsümündə “Qarabağ”da çıxış edib. Hücumçu “köhlən atlar”ın heyətində 28 oyuna çıxıb və 8 qol vurub. O, 2020-ci ilin oktyabrında “Dinamo”ya keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43