Kateqoriyasız

“Qarabağ”ın tarixi yazmasına mane olan Zelinka Şotlandiyada

Ötən mövsüm Avropa Liqasının qrup mərəhləsində "Qarabağ" – "İnter" matçında Ağdma klubunun qolunu saymayaraq, təmsilçimizin mübarizəni dayandırmasına səbəb olan çexiyalı hakim Miroslav Zelinka yeni təyinat alıb.

İdmanxeber.com-un məlumatına görə, Zelinka Şotlandiyanın "Aberdin" klubunun Qazaxıstan "Kayrat"ı ilə oyununda ədaləti qorumağa çalışacaq.

Riçard Almeydanın vurduğu qol zamanı bayrağnı qaldıran Andrey Pelinkan da yenə Zelinkaya yardım edəcək. Digər yan xətt hakimi isə Radek Kotikdi. Dördüncü hakim funksiyasını Emanuel Marek yerinə yetirəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43