Ölkə futbolu

“Qarabağ”la matç bizə böyük dərs oldu” – Regekampf

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Qarabağ”a qarşı keçirəcəkləri Misli Premyer Liqasının XVI tur matçından əvvəl klubun rəsmi televiziyasına açıqlama verib.

İdmanxeber.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis komandanın hazır durumda olduğunu bildirib:

“Demək olar ki, bütün futbolçular məşq prosesində iştirak edir. Voislav Stankoviç qarşılaşmaya tam hazır olacağına ümid edirəm. Görüşə hazırlıq yaxşı gedir.

Bizi çətin və ağır oyunun gözlədiyini bilirik. Amma yaxşı nəticə qazanmalıyıq, çünki evdə oynayacağıq.

“Qarabağ”la matç bizə böyük dərs oldu və qarşılaşmadan nəticə çıxartdıq. Oyunun 90 dəqiqə davam etdiyini bilməliyik. Həmin görüşün ilk 45 dəqiqəsində yaxşı oyun sərgiləmişdik. Bütün 90 dəqiqəni eyni oynamaq üçün səviyyəmiz və imkanımız var”.

Qeyd edək ki, dekabrın 2-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” matçı saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43