Kateqoriyasız

“Qarabağ”la oyuna müvəqqəti baş məşqçiylə

FutbolPressAvropa Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ”ı qəbul edəcək Lüksemburuqun “Düdelanj” klubu yeni baş məşqçisini açıqlamağa tələsmir.


Yeni çalışdırıcı oktybarın 3-ü “Qarabağ”la keçiriləcək matçdan sonra təqdim olunacaq. “Düdelanj”ı Ağdam təmsilçisi ilə matça Bertran Krasson çıxaracaq.

Lüksemburq klubu Krassonun rəhbərliyi altında səfərdə APOEL-i 4:3 hesabı ilə məğlub etmişdi.

“Düdelanj” bir müddət əvvəl Emilio Ferreranı baş məşqçi postundan göndərmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43