Kateqoriyasız

“Qarabağ”la oyuna tam hazırıq” – Ağabala Ramazanov

“Səbail”in futbolçusu Ağabala Ramazanov Azərbaycan Premyer Liqasının 3-cü turunda “Qarabağ”la oyun öncəsi fikirlərini bildirib.

İdmanxeber.az-ın klubun mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, o, Ağdam klubu ilə görüş hazır olduqlarını söyləyib:

“Qarabağa qarşı oyunlar hər zaman çətin keçir, lakin komanda yaxşı formadadır. Mövsümə iki qələbə ilə başladıq və növbəti oyuna tam hazırıq!”.

Qeyd edək ki, “Səbail” – “Qarabağ” matçı sentyabrın 1-i saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43