Ölkə futbolu Premyer Liqa

“Qarabağ”la oyunda meydanda canımı qoyacam ki…” – “Neftçi”nin braziliyalısı

“Qarabağ”la aramızda xal fərqi böyükdü. Azarkeşlərimizin narazılığını da normal qarşılayıram. Lakin “Neftçi”də komanda yenidən qurulur. Bu, asan prosess deyil. Gələcəkdə azarkeşlərimizi sevindirə biləcəyimizə ümid edirik”.

İdmanxeber.az-ın məlunatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Yuri Matias deyib.

Braziliyalı müdafiəçi gələcək karyerası ilə bağlı verilən sualı belə cavablandırıb:

“Karyeram boyu hər hansı klubda oynamışamsa, həmin komandada 3-4 il çıxış etmişəm, onun uğurları üçün çalışmışam. “Neftçi”nin uğurları üçün daha çox tər tökəcəyəm ki, uğur qazanaq”.

O, daha sonra qarşıdakı turda qarşılaşacaqları “Qarabağ”la oyun haqqında da danışıb:

“Həm klub, həm də azarkeşlərimiz üçün “Qarabağ”la oyunun nə qədər əhəmiyyətli olmasından xəbərdaram. Bilirik ki, rəqibimiz çətindi. Lakin biz “Neftçi”yik və heç kimdən çəkinmirik. Çalışacağıq ki,  qələbə qazanaq. Həmin oyunda meydanda canımı qoyacam ki, qələbə qazanaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43