Kateqoriyasız

“Qarabağ”la oyundan sonra futbolçularda qəzəb var” – “Nant”ın baş məşqçisi

“Qarabağ”la matçdan sonra futbolçularda məyusluq və qəzəb var. Çünki məğlub olmağı sevmirik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Nant”ın baş məşqçisi Antuan Kambuare Liqa 1-in VIII turunda “Lans”a qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:

“Qalib gəlməliyik. Diqqətimiz bu oyundadır. Futbolçularıma inanıram, yaxşı oyun sərgiləcəyik”.

Qeyd edək ki, bu gün keçiriləcək “Nant” – “Lans” matçı Bakı vaxtı ilə saat 19:05-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43