“Viktoriya”nın yeni transferi Erik Yirka klubun rəsmi saytına açıqlama verib.
İdmanxeber.az xəbər verir ki, Plzen klubunun futbolçusu Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcəkləri “Qarabağ” barədə danışıb:
“Viktoriya”nın heyətində Çempionlar Liqasında oynamaq şansım var. Bu, əladır. Çempionlar Liqası böyük turnirdir. Belə turnirdə oynamaq böyük məsuliyyət və zövq verir. “Qarabağ”la oyunlara tam hazıram”.
Slovakiya millisinin üzvü olan 24 yaşlı yarımmüdafiəçi “Spartak”(Trnava), “Srvena Zvezda”, “Radniçki”(Nis), “Qornik”(Zabrze), “Mirandes”, “Ovyedo” klublarında oynayıb.