Milli komanda

Qazaxıstanla ikinci oyun

Bu gün “Dalğa Arena”da qadınlardan ibarət Azərbaycan və Qazaxıstan yığma komandaları arasında növbəti yoxlama oyunu keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, saat 19:00-da başlayacaq qarşılaşmanı Yuliya Qurbanova, Xəyalə Əzizzadə, Gülyana Özcan və Fəridə Lütfəliyevadan ibarət hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, bu komandalar arasında iyulun 26-da keçirilmiş ilk yoxlama oyunu millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43