İdman

“Qəbələ” Avroliqa ilə məğlubiyyətlə vidalaşdı (YENİLƏNİB)

Bu gün Avropa Liqasının qrup mərəhləsində V turun oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, təmsilçilərimizdən "Qəbələ" də növbəti matçına çıxacaq.

Roman Qriqorçukun rəhbərlik etdiyi komanda "Bakcell Arena"da “Anderlext”i sınağa çəkəcək. Bu, təmsilçimizin cari mövsüm qitə kuboklarındakı son ev oyunudur.

Qrup oyunlarının heç birində xal qazana bilməyən "qırmızı-qaralar" uğursuzluqa son qoyaraq Avroliqa ilə vidalaşmaq istəyir.

Avropa Liqası

V tur

24 noyabr

20:00. "Qəbələ" (Azərbaycan) – "Anderlext" (Belçika) –  1:3 
Qol: Tielemans, 11 (0:1), Rikardinyo, 15 (1:1), Bruna, 90 (1-2), Teodorçuk, 90+4 (1-3)

Baş hakim: Levgeni Aranovskyi

Köməkçi hakimlər: Sergey Bekker, Oleksandr Voytyuk

Əlavə köməkçi hakimlər: Anatoliy Abdula, Anatoliy Zabçenko

Dördüncü hakim: Syomen Şlonçak (hamısı Ukrayna)

Hakim-inspektor: İqor Satkii (Moldova)

UEFA nümayəndəsi: Maksimas Beçterevas (Litva)  

Bakı. "Bakcell Arena" stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43