İdman

“Qəbələ” azarkeşləri bu xəbərə üzüləcək: Ozobiç 1 aylıq sırdan çıxdı

Azərbaycan Premyer Liqasının V turu çərçivəsində səfərdə “Səbail”lə qarşılaşmalı olan “Qəbələ” ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı qaralar”ın heyətində Filip Ozobiç uzun müddətlik sıradan çıxıb. Xorvatiyalı oyunçunun “Zirə” ilə görüşdə aldığı zədə ağır olub və onun 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Oyunçunun ayaq sümüyündə qırıq aşkar olunub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43