Kateqoriyasız

“Qəbələ” – “Borussiya”: Biletlərin qiymətləri və satışa çıxarılacağı tarix bəlli oldu

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qəbələ” – “Borussiya” (Dortmund) matçı üçün nəzərdə tutulan biletlərin satışa çıxarılacağı tarix və qiymətləri məlum olub.

Klubdan İdmanxeber.com-a verilən məlumata görə, almanlarla matç üçün ən ucuz bilet 3 manat olacaq. “Bakcell Arena”da baş tutacaq qarşılaşma üçün nəzərdə tutulan biletlərin qiymətləri 3, 5, 10 və 20 manatadı. 

Azarkeşlər ulduzlar toplusu “Borussiya” ilə matçın biletlərini oktyabrın 19-dan etibarən stadionun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək oyun saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43