Dünya futbolu

“Qəbələ” Georgi Hacının komandası ilə qarşılaşacaq

Rumıniyada cari mövsümün çempionu olan “Vitorul” təlim-məşq toplanışını Avstriyada keçəcək.

İdmanxeber.com-un məlumatına görə, Georgi Hacinin çalışdırdığı komanda “Qəbələ” ilə də qarşılaşacaq. Həmin oyun məhz Avstriyada reallaşacaq. Qarşılaşma iyunun 26-da baş tutacaq.

Tarixində ilk dəfə ölkə çempionu olan “Vitorul” Çempionlar Liqasına hazırlıq məqsədilə Rusiya Premyer Liqasında çıxış edən ÇSKA və “Krasnodar”la da yoxlama matçları keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43