Ölkə futbolu

“Qəbələ” isveçlini istədi, qarşı tərəf iki qatını tələb etdi

Avropa Liqasının qrup mərhələsində ölkəmizi təmsil edəcək “Qəbələ” heyətini gücləndirmək istəyir.

İdmanxeber.com-un expressen.se saytına istinadən yaydığı xəbərə görə, komanda “Erebru”un yarımmüdafiəçisi Erik Martin Broberq üçün təklif göndərib.

“Qəbələ”nin təklifi İsveç klubu tərəfindən müsbət qarşılanmayıb. Səbəb klubun  təklif eedilən məbləğdən iki qat artığını- 2-3 milyon kron (təqribən 25 min- 35 min dollar) istəməsidir.

“Erebru”nun idman direktoru Maqnus Skoldmark danışıqların detallarını barədə danışmaq istəməyib.

Qeyd edək ki, Erik Martin Broberq 2015-ci ilin yayından “Erebru”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43