Ölkə futbolu

Qəbələ kubokunun bütün iştirakçıları bəlli oldu

29 may – 1 iyun tarixlərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında baş tutacaq III Qəbələ Kuboku beynəlxalq turnirinin bütün iştirakçıları bəlli olub.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Fənərbaxça” (Türkiyə), “Lokomotiv” (Moskva, Rusiya), “Liverpul” (İngiltərə), “Marsel” (Fransa)  və “Anderlext”in (Belçika) ardından “Neftçi” (Azərbaycan) və “Udineze” (İtaliya) klubları turnirdə yer alacağını rəsmən təsdiqləyiblər.

Bununla da III Qəbələ Kubokunda mübarizə aparacaq bütün komandalar dəqiqləşib.

Xatırladaq ki, artıq ənənəyə çevrilən turnirin coğrafiyası ildən-ilə genişlənməkdədir. Bu ilki yarışda ilk dəfə olaraq İngiltərə, Fransa, İtaliya və Belçika təmsilçiləri yer alacaqlar. Buna qədər İspaniya, Hollandiya, Portuqaliya, Türkiyə, Danimarka, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri turnirdə çıxış etmişdilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43