İdman

“Qəbələ” Lüksemburqda dəstəksiz qalmayacaq

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində bu gün səfərdə “Proqres”in qonağı olacaq “Qəbələ” Lüksemburqda dəstəksiz qalmayacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin İdmanxeber.com-a verdiyi məlumata görə, “Munisipal” stadionunda keçiriləcək görüşdə “Qəbələ”ni 50-ə yaxın azarkeş dəstəkləyəcək.

Qeyd edək ki, Qəbələdə keçirilən ilk görüşdə “Proqres” qələbə qazanmışdı – 0:2.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43