Ölkə futbolu

“Qəbələ” “transfer bombası”nı partlatdı: argentinalı hücumçu gəlir

“Qəbələ” Avropa Liqasının qrup mərhələsində rəqibi olan PAOK-un futbolçusu Fakundo Pereyranı heyətinə cəlb edir.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Yunanıstan mətbuatı xəbər yayıb.

“Qəbələ”nin meneceri Səməd Nəsibov qol.az-a açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, bu gün argentinalı hücumçu ilə bir illik müqavilə imzalanacağı gözlənilir. 28 yaşlı oyunçunun “Qəbələ”də icarə əsasında oynayacağı gözlənilir.

Qeyd edək ki, ötən mövsüm PAOK-un heyətində 36 oyuna çıxan yarımmüdafiəçi 12 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43