İdman

“Qəbələ” üzvlərinin gözü yolda (ÖZƏL)

Premyer Liqanın hazırkı lideri “Qəbələ”də futbolçular artıq bir müddətdir ki, maaş ala bilmir.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan əyalət klubunda futbolçular 2 aydır ki, maaş üzünə həsrətdi. Düzdü, komanda üzvləri Premyer Liqa matçlarında qazandıqları qələbəyə vəd edilən “premya”larını vaxtında alırlar. 

Lakin futbolçuların 2 aylıq maaşı gecikdirilir və nə zaman veriləcəyinə dair də konkret olaraq fikir bildirilmir.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43