Premyer Liqa

“Qəbələ” və “Qarabağ” qələbə qazanır

Bu gün Azərbaycan Premyer Liqasında 29-cu tur start götürür.

İdmanxeber.com-un məlumatına görə, turun bütün oyunları eyni gündə oynanılacaq.

Tura Qəbələdə keçiriləcək "Qəbələ" – "Simurq" matçı ilə yekun vurulacaq.

Bu tur "İnter" istirahət edəcək.

29-cu tur

9 aprel (cümə axşamı)

19:00. “Qəbələ” – “Simurq” 1:0

Qol: 60 ' [1-0] Ruslan Abışov 
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Munis Abdullayev, Nahid Əliyev.

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, İnqilab Məmmədov.

AFFA nümayəndəsi: Telman Əzizov.

Hakim-inspektor: Asim Xudiyev.

Qəbələ şəhər stadionu.

17:00. “Qarabağ” – AZAL 2:1
Qollar: 
10' [0-1] Seymur Əsədov 20 ' [1-1] Leroy Corc 50 ' [2-1] Vüqar Nadirov 

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rəvan Həmzəzadə,  Rza Məmmədov.

Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Etibar Həsənov.

AFFA nümayəndəsi: Rauf Əmirov.

Hakim-inspektor: Məlik Həsənov.

Bakı. “Bakcell Arena”.

17:00. “Sumqayıt” – “Bakı” 0:0

Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Coşqun Həsənov, Nail Nağıyev.

AFFA nümayəndəsi: Sakin Məmmədzadə.

Hakim-inspektor: Rövşən Əhmədov.

Sumqayıt. “Kapital Bank Arena”.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43