Premyer Liqa

“Qəbələ”də ciddi itki

"Qəbələ" Topaz Premyer Liqasının 14-cü turunda "Kəpəz"ə qarşı keçirəcəyi matça ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, komandanın müdafiəçisi Ürfan Abbasov sözügedən qarşılaşmanı buraxacaq. Buna səbəb futbolçunun "Qarabağ"la matça sarı vərəqə ilə cəzalanaraq, limiti doldurmasıdır.

Qeyd edək ki, "Kəpəz" – "Qəbələ" matçı dekabrın 17-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43