Ölkə futbolu

“Qəbələ”də Ekiqo sevinci

2014-2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” toplanışın 3-cü gününü 2 məşqlə yekunlaşdırıb. 

İdmanxeber.com-un məlumatına görə, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqlərdə komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib. Kamran Ağayev xəstəlik, Pavol Farkaş zədə səbəbindən məşq prosesində iştirak etməyib. Bərpa prosesi keçən Ekiqo Ehiosun isə fərdi qaçışla kifayətlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43