İdman

“Qəbələ”dən ayrılan futbolçu “Şaxtyor”a keçdi – FOTO

“Qəbələ”nin sabiq futbolçusu Daniel Subotiçin yeni klubu müəyyənləşib.
Idmanxeber.com-un məlumatına görə, isveçrəli hücumçu Qazaxıstan “Şaxtyor”u ilə müqavilə bağlayıb. 
Bu barədə Karaqanda təmsilçisinin saytı xəbər yayıb. 29 yaşlı forvardın müqaviləsinin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Daniel Subotiç “Qəbələ”də 2013-2014 mövsümündə 29 oyuna 12 qol vurub. Subotiç ötən mövsümün ikinci yarısını da “qırmızı-qaralar”ın heyətində keçirib və 11 matçda 3 dəfə fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43