İdman

Yığmamız beynəlxalq turnirdə iştirak edəcək

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası aprelin 4-dən 11-dək Çinin Haikou şəhərində təşkil olunacaq “2018 CFA Belt and Road İnternational Beach Soccer Cup” beynəlxalq turnirdə iştirak edəcək.
 
İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, aprelin 6-da, 7-də və 8-də müvafiq olaraq Macarıstan, Çin və Çexiya yığma komandaları ilə qarşılaşacaq millimizə aşağıda adları qeyd olunan futbolçular çağırılıb:
 
Vaqif Şirinbəyov, Elçin  Qasımov, Comərd Baxşəliyev, İlkin Hacıyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43