Premyer Liqa

“Qəbələ”dən qat-qat üstün oynadıq”

“Bu oyun bir daha göstərdi ki, biz düz yoldayıq, AZAL ən yaxşı oyunlarından birini keçirdi”.

Bu sözləri AZAL klubunun baş məşqçisi Vaqif Sadıqov “Qəbələ” ilə görüşdən (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

O, daha sonra sözlərinə belə davam edib: “Ağır oyun oldu, qələbəyə layiq idik, heyf ki, qol vurduqdan sonra nəticəni saxlaya bilmirik. Bu futbolçuların ustalıq səviyyəsindən irəli gəlir. Qol imkanları yaradırıq, amma qol vurmağa çətinlik çəkirik. Rəqib futbolçuların üstünlüklərini bilə-bilə onların qarşısını ala bilmədik. Bu gün “Qəbələ”dən qat-qat üstün oynadıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43