Kateqoriyasız

“Qəbələ”ni Almaniyada gözləyən təhlükə

Avropa Liqasında qrup mərhələsinin IV turu çərçivəsində “Qəbələ” Almaniyada “Borussiya”nın qonağı olacaq.

İdmanxeber.com-un məlumatına görə, Dortmundda baş tutacaq qarşılaşmaya maraq böyükdü.  Noyabrın 5-də keçiriləcək oyun üçün 50 minə yaıxn bilet satılıb. 

Qeyd edək ki, oyunun keçiriləcəyi “Siqnal İduna Park” 65 min 766 azarkeş tutumuna malikdir. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43