Dünya futbolu

“Qəbələ”nin futbolçusu Xorvatiya ilə oyuna dəvət aldı

Estoniya millisinin heyəti açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, baş məşqçi Martin Reym martda keçiriləcək qarşılaşmalar üçün 23 futbolçuya dəvət göndərib. Həmin futbolçular arasında “Qəbələ”də çıxış edən Sergey Zenyovun da adı var.

Qeyd edək ki, Estoniya millisi martın 25-də Kiprlə səfərdə, 28-də isə doğma meydanında Xorvatiya ilə qasrşılaşacaq.

Zenyov yığmanın heyətində keçirdiyi 54 matçda 10 qol vurmağı bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43