İdman

“Qəbələ”nin legioneri Gəncə səfərində olmayacaq

Premyer Liqanın 19-cu turunda səfərdə “Kəpəz”lə qarşılaşacaq “Qəbələ” oyuna ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, komndanın aparıcı üzvü  Vojislav Stankoviçi bu görüşü buraxacaq.

“Neftçi” ilə oyunda sarı vərəqə alan serbiyalı müdafiəçi cəzalı duruma düşüb.

Qeyd edək ki, “Qəbələ” “Kəpəz”lə martın 9-da qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43