Dünyadan

“Qəbələ”nin rəqibi növbəti matçına çıxır

Yunanıstan Superliqasında XI turun oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ”nin Avropa Liqasındakı rəqibi PAOK d abu gün növbəti oyununu keçirəcək. Saloniki təmsilçisi öz meydanında “Panaitolikos”la qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Bu matç PAOK-un “Qəbələ” ilə keçirəcəyi oyundan öncəki son sınağı olacaq.

Qeyd edək ki, PAOK – “Qəbələ” matçı noyabrın 26-da baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43