Ölkə futbolu

“Qəbələ”nin yeni transferi: “Bu komanda haqda mənfi nəsə söyləmək istəmirəm”

“Qəbələ”nin yeni transferi Aleksey Qay Ukrayna mətbuatına bu barədə açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, Qay açıqlamasında bu fikirləri səsləndirib:

“Qəbələ”yə keçid mənim üçün ilk növbədə iddialı komandada oynamaq və uğur əldə etmək imkanıdır. Əlbəttə, bu, həmçinin yeni təcrübədir. Daha öncə ölkə xaricində oynamamışam. Hazırda yeni mədəniyyət, mentalitetlə tanış olmaq imkanım var. Bu da mənim üçün çox önəmlidir.

Keçmiş klubum “Çernomorets”i hər zaman sevərək xatırlayacam. Bu komanda haqda mənfi nəsə söyləmək istəmirəm. Klub rəhbərliyinə, azarkeşlərə mənə dəstək olduqları üçün təşəkkür edirəm. Ancaq təbii ki, baş məşqçisiz bizdə heç nə alınmazdı. Artıq Roman Qriqorçukla birgə karyeramda yeni səhifə açılır. “Çernomorets”lə müqayisədə “Qəbələ”də daha böyük uğur qazanmağa çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43