İdman

“Qırmızı şeytanlar” rekord qırdı, bu dəfə isə…

“Mançester Yunayted” yeni rekorda imza atıb. 

İdmanxeber.com-un apa-ya istinadən xəbər verir ki, bu dəfə meydandakı nəticəsinə görə yox, maddi gəlirlərinə görə.

 

Belə ki, “qırmızı şeytanlar” 2015-16 mövsümünün yekununa əsasən, gəlirlərinin 515,3 milyon funt-sterlinq olduğunu açıqlayıb. Bununla Mançester təmsilçisi illik gəliri 500 milyonu ötən ilk İngiltərə klubu olub. Komandanın 12-ci dəfə ölkə kubokunu qazanaraq rekord qırması, teleyayım hüquqlarının satışı və sponsorlarının sayının 14-ə çatması da bu rekordda böyük rol oynayıb.

 

Hazırkı məqamda “Mançester Yunayted” illik gəlirinə görə dünyada yalnız “Barselona”dan geri qalır. Çünki Kataloniya klubunun ötən mövsümdə qazancı 570 milyon funt-sterlinq olub.

 

Qeyd edək ki, “Mançester Yunayted”in 2015-ci ildəki gəliri 395,2 milyon funt-sterlinq təşkil edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43