Dünya futbolu

“Qızıl top”un ilk beş namizədi müəyyənləşdi

“France Football”  “Qızıl top” mükafatına ilk 5 namizədin adını açıqlayıb.

FİFA “Qızıl top” mükafatının 5 namizədi açıqlanıb. Bunlar Serxio Aqüero , Qaret Beyl , Kərim Benzema , Alisson Bekker  və Edinson Kavanidir.

İdmanxeber.az-ın məlumatına görə, futbol dünyasının ən nüfuzlu mükafatı üçün 30 futbolçu yarışacaq. Digər namizədlərin adları isə gün ərzində açıqlanacaq.

Qeyd edək ki, “Qızıl top”un qalibi dekabrın 3-də müəyyənləşəcək. Ötən mövsüm bu ada hazırda “Yuventus”da forma geyinən Kristiano Ronaldo layiq görülmüşdü.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43