Ölkə futbolu

Qriqorçuk: “Bugünkü rəqibimiz çox güclü idi”

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda evdə MTK-nı 2:0 hesabıyla məğlub edən “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com xəbər verir ki, ukraynalı mütəxəssis oyunla bağlı bunları deyib:

– Növbəti mərhələyə adladıq. Komanda mənim istədiyim kimi çıxış etdi. Oyunçulara minnətdaram. İdeal futbol çox az olur. Bu oyunlarda olan səhvləri gələn oyunlarda təkrarlamamağa çalışacağıq.

– İlk oyundan sonra “Lill”in oyunlarına baxmağa başlamışdız?
– Mən heç vaxt yalan danışmıram. Ola bilər ki suallardan yayına bilərəm. Bu günə kimi “Lill”in oyunlarına baxmamışam. Ancaq bundan sonra baxacam.

– Rəqib bizim Avropanın ən yaxşı komandalarından olduğunu dedi. 
– Bugünkü rəqibimiz çox güclü idi. Sevinirəm ki, 2-ci mərhələdə məhz bu komandayla qarşılaşdıq. Bu oyundan qalib ayrılmışıqsa, deməli, biz daha yaxşı hazırlaşmışdıq.

– Rəqib komanda oyunun sonlarında rəqib kobud oynayırdı. Əvəzetmələri buna görə etdiz? 
– Mən heç nədən qorxmuram. Mənim üçün əsas olan komandanın oyunudu.

– Komandanın güclü olduğunu dediz. Ancaq legioner limitinə görə çempionatda bu heyətlə oynamaq olmayacaq. Bu sizi narahat etmir ki?
– Qətiyyən narahat deyiləm. Əlbəttə, reqlamentə əməl edəcəyik. Yenə ən yaxşılar heyətdə olacaqlar.

– Ötən il komanda bu mərhələdə “Apollon”la qarşılaşmışdı. Bu dəfə isə “Lill”lə qarşılaşcaqsız. Həyəcan eynidi?
– “Lill” böyük komandadı. Bu komandanın Bakıya gəlməsi bizi ancaq sevindirə bilər. Belə rəqibə qalib gəlmək bizim üçün gözəl olardı.

– Ötən mövsü daha çox Rafaelə Santosa daha çox şans verirdiz. Bu il isə Vernidub daha çox şans qazanır…
– Bizim yanaşmamız eynidi. Oyuna kim daha hazırdısa, o da şans qazanır.

– 4 oyuna 5 qol vuran Uiks Dodonu unutdurubmu?
– Biz niyə Dodoyla Uiksi müqayisə etməliyik? Mən oyunçuları müqayisə etməyin əleyhinəyəm. Komanda bütün futbolçuların əməyi sayəsində uğur qazanır. “Qəbələ”nin ötən ilki uğurunda Zenyovun da, Antonovun da, Dodonun da böyük rolu oldu. Dodonu sevirəm və ona ailə həyatında və karyerasında uğurlar arzulayıram. İstəyərəm ki, 50 yaşına kimi oynasın.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43