Kateqoriyasız

Qriqorçukdan iddialı açıqlama: “Bizi 5:0 hesablı qələbə qane edəcək”

“Dinamo” haqqında məlumatımız var. Bilirəm ki, bir neçə futbolçu komandanı tərk edib.“Dinamo”nun heyətindən xoşum gəlir. Deyə bilərəm ki, sabahkı oyundan azarkeşlər zövq alacaqlar”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının I təsnifat mərhələsində “Dinamo” (Tiflis) ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis daha sonra sözlərinə belə davam edib:

Heyətə yeni futbolçular cəlb olunması müəyyən qədər problemlər yarada bilər. Komandanın qurulması üçün çoxlu yoxlama oyunu keçirilməsinə ehtiyac var. Futbolçuların bilməli olduğu çox məlumat var.Lakin bizim üstünlüyümüz var ki, komandaya gələn futbolçuların hamısı təcrübəlilədir. Sabahkı matçda bizə daha çox nəticə lazımdır.

Komandanın stilini dəyişmək fikrimiz yoxdur.  Seçdiyimiz oyunçular da “Qəbələ”nin stilinə uyğundur. Klub rəhbərliyi gözəl futbol tələb edir və biz buna uyğun  futbol oynamağa çalışırıq.  Sabahkı matçda bizi 0:0 hesablı bərabərlik yox, 5:0 hesablı  qələbə qane edecək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43