Dünya futbolu

“Qrupumuzdakı ikinci ən güclü komandanın Türkiyə yığması olduğunu düşünürəm”

Bu gün DÇ 2014-ün seçmə mərhələsində Türkiyə millisi ilə qarşılaşacaq  Hollandiya yığmasının baş məşqçisi Lui Van Qal oyunöncəsi mətbuat konfransı keçirib.

O, konfransda bunlar deyib:

“Biz qalibiyyət üçün oynayacağıq. Hesab edirəm ki, Türkiyə də hücum futboluna üstünlük verəcək. “Qrupumuzdakı ikinci ən güclü komandanın Türkiyə yığması olduğunu düşünürəm. Bunu turnir cədvəlinə baxanda da görmək olur. Amma qrupda ikinci olaraq Rumıniyanın favorit olduğunu hesab edirəm. Çünki Türkiyəni məğlub edəcəyimizi düşünürəm. Digər tərəfdən, Rumıniya da Estoniya ilə matçda qalib gələcək. Türkiyənin potensialının fərqindəyəm. Oyuna necə başlayacağımızı deməyəcəm. Çünki bu Fatih Terimin xeyrinə olar. Ümid edirəm ki, sonda qalib tərəf biz olarıq”.

Hollandiyalı çalışdırıcı türkiyəli azarkeşlərin də oyunun gedişinə təsir edəcəklərini deyib: “Bu matçda azarkeşlər də oyuna təsir edəcək. Onlar komandalarına var gücləri ilə dəstək verəcəklər. Amma Dirk Kuyt və Uesli Sneyderin burada basqı altında qalacaqlarını düşünmürəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43