Dünya futbolu

Quardiola: “Satqının kim olduğunun mənim üçün fərqi yoxdu, qovulacaq”

"Bavariya"nın Bundesliqanın son turunda "Borussiya"nı məğlub etdiyi matçda (3:0) Münxen klubunun hansı taktika ilə oynayacağı mətbuata ötürülüb.

Oyundan öncə bu xəbər, bir neçə idman portallarında öz əksini tapıb.

Bu məlumatın mediaya "Bavariya"nın futbolçusu tərəfindən ötürüldüyü iddia olunur. Komandanın çalışdırıcısı Pep Quardiola  bunu edən futbolçunun kimliyindən asılı olmayaraq klubdan qovulacağını bildirib:

"Satqının kim olduğunun mənim üçün fərqi yoxdu, qovulacaq. Onun "Bavariya"dan getməsini istəyirəm. O, heç vaxt mənim komandamda oynamayacaq".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43