Kateqoriyasız

Quarejma Bakıda

Türkiyənin “Beşiktaş” klubunun və Portuqaliya milli komandasının futbolçusu Rikardu Quarejma Bakıya gəlib.

Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib. O, 36 yaşlı yarımmüdafiəçinin nazir Azad Rəhimovla görüşəcəyini bildirib.

Qeyd edək ki, Rikardu Kuarejma 2009-2010 mövsümündə İtaliya “İnter”inin heyətində Çempionlar Liqasını, 2016-cı ildə isə Portuqaliya millisinin üzvü kimi Avropa çempionu olub (Report).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43