Ölkə futbolu

Qurban Qurbanov: “Ən yaxşı oyunlarımızdan birini oynayacayıq”

Avroliqanın qrup mərhələsinin III turuna start verilir.

Sabah Avroliqanın qrup mərhələsinin III turunda “Qarabağ” Ukraynanın “Vorskla” klubunu qəbul edəcək. Oyundan öncə keçirilən ənənəvi mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. O, əvvəlcə oyun barəsində fiirlərini bildirib:

“Vacib oyuna çıxırıq. Hər iki komandanın da xalı yoxdur. Buna görə oyunun önəmi barəsində çox da danışmağa ehtiyac yoxdur. Oyuna çox ciddi hazırlaşmışıq. Düşünürəm ki, sabah  üçün çox maraqlı oyun olacaq”.

-Komandanda psixoloji durum nə yerdədir ?

-Hər şey qaydasındandır. Çox yaxşı hazırlaşmışıq.

-Azarkeşlər  məhz elə “Vorskla” ilə oyunlarda xal qazanmağı gözləyir. Bu, üstünüzdə hər hansı bir təzyiq yaradır ? 

-Təbii ki, bunun fərqindəyik. Çox böyük bir məsulliyyət var üstümüzdə. Ancaq hər şeyə rəğmən sabah ən yaxşı oyunumuz oynayacayıq.

-Gerye saba oynaya biləcəkmi ?

-Tam formada olmasa da, oynama ehtimalı var. Tam heyəti hələ formalaşdırmamışıq. Sabah dəqiq bilinəcək.

-Sabah “Vorskla”ya qol vurmağın yoluna tapmısınızmı ?

-Qalib gəlmək üçün mütləq qol vurmalıyıq. Kifayət qəfdər ciddi hazırlaşmışıq. Düşünürəm ki, sabah bunu bacara biləcəyik.

-Sabahkı oyun barəsində azarkeşlərə çağrınız varmı ?

-Azarkeşlər hər zaman bizimlə olub. İnanıram ki, sabah da stadionda güclü dəstək olacaq.

-Rəqib iki komandaya da qol vura bilib. Buna hər-hansı bir tədbir almısınızmı ?

-Təbii ki, bunun fərqindəyik. Ona görə də, diqqətli olmalıyıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43