Ölkə futbolu

Qurban Qurbanov: “Bu bizə siqnal oldu”

Topaz Premyer Liqasının 32-ci turunun mərkəzi oyununda “Neftçi” səfərdə turnir cədvəlinin lideri “Qarabağ”la qarşılaşdı. Hərəyə bir dəfə fərqlənən tərəflər 1-1 hesablı heç-heçəyə nail oldu. 

İdmanxeber.com-un məlumatıəna görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra bunları dedi:

“Daha çox qayda pozuntuları və mübarizə ilə yadda qalan maraqlı oyun oldu. Futbolçular bir-birinə qarşı sərt idi, oyunun sonlarına yaxın bir az sakitləşdilər. Mövsümün sonudur, futbolçularda gərginlik var. Nəticəni normal sayıram. Bizi vaxtından əvvəl çempionluqla təbrik edirdilər. Bugünkü oyun bizim üçün bir siqnal oldu, tələsmək lazım deyil. Qarşıda 4 oyunumuz var, hər bir rəqib bizim üçün çətindir. Çempionatda sizi daha maraqlı oyunlar gözləyir. Futbolçulara demişdim ki, soyuqqanlı olmalıyıq. Oyunumuzdan tam razı qalmadım, rəqibin pressinq tətbiq edəcəyini bilirdim”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43