Müsahibə

Qurban Qurbanov: “Çatışmazlıqlar var, həm də çoxdur”

Bu gün Azərbaycan Premyer Liqasının 24-cü turunda “Qarabağ” doğma meydanda “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– Gərgin oyunlarımızdan biri oldu. Hesabda geri düşdük, amma toparlanmağı bacardıq. Çempionatın sonuna yaxın həyəcan daha da artır. Futbolçularımı təbrik edirəm. Yorğunçuluq çox idi. Ağır qrafikdə oynayırıq. Amma buna baxmayaraq, futbolçularım yaxşı oynadı.

– Riçardla Bədavinin zədəsi nə yerdədir?

– Bu barədə hələ heç nə deyə bilmərəm. Bədavinin ayağında şiş var idi. 2-ci dərəcəli əzələ dartınması baş vermişdi. Növbəti oyuna hazır olması hələ dəqiq deyil. Riçardın da, demək olar ki, durumu eynidir. Çanaq oynağında qan yığılıb. Həkim nəzarəti altındadırlar. Yəqin ki, “Neftçi” ilə oyunda oynamayacaq…

– “Qəbələ”dəki oyunun nəticəsi ilə maraqlanırdınızmı?

– Oyunun nəticəsini matçdan sonra bildim. Bu barədə düşünmürdük. Xal fərqimizi qorumağa çalışırdıq.

– Qarşıdakı oyunları da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsini istəyərdinizmi?

– Burada oynamaq xoşdur. Ola bilsin ki, “Neftçi” və “Qəbələ” ilə matçı da burada keçirəcəyik.

– “Neftçi” tərəfi cavab oyununda 3-4 qol vurmağdan danışır. Bu barədə fikirləriniz…

– Futbolçularım ilk oyundakından daha da məsuliyyətli olmalıdır. Bu barədə nəsə demək çətindir. Futbol indi elə səviyyədədir ki, istənilən nəticə ola bilər. “Neftçi” oyuna daha yaxşı hazırlaşacaq. Çünki qələbə üçün oynayacaqlar. Amma çalışacağıq ki, daha məsuliyyətli oynayaq.

– Elşən Abdullayevi növbəti oyunlarda da start heyətdə görəcəyikmi?

– Elşən 9 ay idi ki rəsmi oyuna çıxmamışdı. Bu, istənilən futbolçu üçün çətindi. Onun çox oynamasına ehtiyac var. Əfsuslar olsun ki, bizim hər oyunumuz final oyununa bərabərdir. Onun potensialı var. Çalışacağıq ki, şərait yaradaq, oynasın.

– Heyəti dəyişməklə bağlı problemləriniz varmı?

– Hər komanda optimal formada olsa da, çatışmazlıqlar olur. Dəyişiklər etmək istəyirik. Bunun üçün vaxtımız çox olacaq. Çatışmazlıqlar var, həm də çoxdur.

– Qara Qarayevin transferi gündəmdədir. Onu komandadan göndərməyə hazırsınızmı?

–  Onun transferi haqda nə məktub, nə də təklif var. Ciddi müzakirə olunası mövzü deyil. Əgər belə bir təklif olsa, bunu məmnuniyyətlə açıqlayacağıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43